WikiLeaks-in təsisçisinə ABŞ-a ekstradisiya qərarından şikayət etmək hüququ verildi

  • 16:33 - 24 Yanvar

London Ali Məhkəməsi WikiLeaks-in qurucusu Culian Assanjın ekstradisiya qərarından ABŞ-a şikayət edə biləcəyinə qərar verib. 

Avropa.info xəbər verir ki, məhkəmə Assanjın vəkillərinin qərardan apellyasiya şikayəti vermək üçün Ali Məhkəməyə müraciət etmək vəsatətini təmin edib. 

Lakin qərara əsasən, WikiLeaks-in təsisçisinin vəkilləri apellyasiya şikayəti vermək üçün əvvəlcə Ali Məhkəmədən icazə almalıdırlar. Sorğu təsdiqlənərsə, ABŞ-a ekstradisiya məsələsi də mahiyyəti üzrə müzakirə olunacaq. 

İcazə üçün ərizə 14 gün ərzində təqdim edilməlidir. 

Məhkəmə zamanı Assanc Londonun Belmarş yüksək rejimli həbsxanasında saxlanılmağa davam edəcək. 

Qeyd edək ki, Julian Assanj avstraliyalı jurnalist və teleaparıcı, WikiLeaks saytının yaradıcısıdır. 

2010-cu ilin dekabrında Assanj onu zorlamada şübhəli hesab edən İsveçin tələbi ilə Londonda saxlanılıb. 

11 aprel 2019-cu ildə Ekvador hakimiyyəti Assanjı Böyük Britaniyadakı səfirliyində sığınacaqdan məhrum edib. 

ABŞ Assanjın ekstradisiyasını istəyir və onu hakerlik və casusluq da daxil olmaqla 18 maddə ilə ittiham edir. Hazırda o, London yaxınlığındakı Belmarş həbsxanasında saxlanılır. 

Ekstradisiya edilərsə, onu 175 ilə qədər həbs gözləyir. 

Assanjın tərəfdarları və vəkilləri onun hərəkətlərinin jurnalist xarakteri daşıdığını, jurnalistə qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu, müttəhimin psixi sağlamlığının risk altında olduğunu, ABŞ həbsxanalarındakı şəraitin Britaniyanın insan haqları qanunlarını pozduğunu bildirir.


Oxunma sayı: 4984

Oxşar yazılar