Ukrayna Türkiyənin vasitəçilik təklifini alqışlayır

  • 16:30 - 24 Yanvar

Kiyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya Federasiyası arasında böhranın həllində vasitəçilik rolu təklifini alqışlayır. 

Avropa.info bildirir ki, bunu Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar Ukrayna ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Türkiyənin paytaxtında təşkil olunan konfransda deyib. 

Diplomatın sözlərinə görə, Kiyev Türkiyə dövlətinin başçısının Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putinə etdiyi Türkiyəyə səfər dəvətini də alqışlayır. 

Bodnar əmin edib ki, Ukrayna tərəfi istənilən formatda danışıqlara hazırdır. 

Diplomatik nümayəndəliyin rəhbəri Rusiya tərəfinin Ərdoğanın təklifini müsbət qiymətləndirib qəbul edəcəyinə ümid etdiyini bildirib. 

Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) rəhbəri, professor Mehmet Seyfəddin Erol da öz növbəsində Türkiyə və Ukraynanın nümayiş etdirdiyi həmrəylik və qardaşlığın regional və dünya siyasəti və sabitliyi üçün önəmli olduğunu qeyd edib.


Oxunma sayı: 2927

Oxşar yazılar