Husilər BƏƏ-dəki ABŞ bazasına hücum ediblər

  • 17:45 - 24 Yanvar

İranın dəstəklədiyi Yəmənin Ənsarullah (Husi) hərəkatının üsyançıları BƏƏ-dəki ABŞ-ın Əl-Dhafra hava bazasına ballistik raketlər atıblar. 

Avropa.info bildirir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səri Tvitter hesabında məlumat verib. 

Sərinin sözlərinə görə, Səudiyyə Ərəbistanı və BƏƏ-yə qarşı genişmiqyaslı əməliyyatda hücumçu pilotsuz təyyarələr də iştirak edib. 

Hərəkatın sözçüsü bildirib ki, Əl-Dhafra hava bazası ilə yanaşı, BƏƏ-nin digər mühüm obyektləri də ballistik raketlər və pilotsuz uçuş aparatları vasitəsilə hücuma məruz qalıb. 

Husilər Səudiyyə Ərəbistanının cənubundakı Şərur şəhərinə və digər ərazilərə də hücum ediblər, Seri davam edib. 

BƏƏ Müdafiə Nazirliyi daha əvvəl husilər tərəfindən ölkə istiqamətində atılan iki ballistik raketin tutulması barədə məlumat vermişdi. 

Mərmi parçaları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinin müxtəlif ərazilərinə düşüb, xəsarət alan olmayıb. 

Mesajda hər cür hücuma hazır olmaq vurğulanıb. 

BƏƏ səlahiyyətliləri dövlətin qorunması üçün bütün lazımi tədbirlərin görüldüyünə əmin olublar.


Oxunma sayı: 1475

Oxşar yazılar