Kreml: Şərqi Avropada əlavə NATO qüvvələri gərginliyi artırır

  • 16:57 - 24 Yanvar

NATO-nun qoşunların artırılması ilə bağlı açıqlamaları və qüvvə və vasitələrin şərq cinahına çəkilməsi təhlükəsizlik gərginliyini artırır. 

Avropa.info TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, yanvarın 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

“Konkret hərəkətlərə gəlincə, biz sizinlə Şimali Atlantika Alyansının kontingentin artırılması, qüvvə və vasitələrin şərq cinahına çəkilməsi ilə bağlı dərc etdiyi bəyanatları görürük. Bütün bunlar gərginliyin artmasına gətirib çıxarır”, - Kreml sözçüsü bildirib. 

O qeyd edib ki, “bütün bunlar Rusiyanın gördüyü işlərə görə baş vermir”. "Hər şey NATO-nun, ABŞ-ın etdikləri və yaydıqları məlumatlara görə baş verir", - Peskov deyib.


Oxunma sayı: 8823

Oxşar yazılar