SENSASİON İDDİA: Türkiyə və İngiltərənin liderlik edəcəyi yeni GÜC MƏRKƏZİ YARANIR - "Pax Americana"ya qarşı "Pax Britannica"

  • 16:14 - 24 Yanvar

"Böyük Britaniya ABŞ-ın kiçik tərəfdaşı rolundan çıxmaq və Türkiyə ilə birgə Avropadakı vəziyyətin öhdəsindən təkbaşına gəlməyi planlaşdırır."

Avropa.info xəbər verir ki, belə sensasion iddia ilə ukraynalı politoloq Konstantin Bondarenko çıxış edib.

İngiltərənin köhnə "Pax Americana" (Amerika Dünyası) nümunəsini götürərək "Pax Britannica" yaratmaq istədiyini ifadə edən Bondarenko, iddia edilən yeni ittifaqda Türkiyənin roluna diqqət çəkib. 

Konstantin Bondarenko 

"İngiltərə ilə Türkiyə yeni bir siyasi blok formalaşdırmaq istəyir. Beləliklə, İngiltərə Türkiyə, Polşa, Ukrayna, Moldova və Baltikyanı ölkələrin daxil olduğu yeni bir siyasi blok yarana bilər. Təbii ki, gələcəkdə bu bloka başqa Avropa ölkələri də qoşulmaq istəyəcək”, - deyə politoloq qeyd edib.

Bondarenko iddia edib ki, məsələylə bağlı Britaniya Kəşfiyyat Təşkilatı MI6-nın direktoru Riçard Mur bir sıra ölkələrlə danışıqlar aparır. 

Avropa.info


Oxunma sayı: 7426

Oxşar yazılar