"Bölgədə vəziyyəti və balansı yalnız Türkiyə dəyişə bilər, çox şey Ankaranın qərarlarından aslı olacaq" - Ukraynadan Ərdoğan AÇIQLAMASI

  • 14:50 - 24 Yanvar

"Türkiyə sülhün bərqərar olmasında israrlı olacaq. Bu o deməkdir ki, vəziyyət və balans dəyişə bilər".

Avropa.info xəbər verir ki, bunu Ukraynanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin rəhbəri İqor Semivolos Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyev səfərinə münasibət bildirərkən deyib.

Bölgədə strateji bir oyunla qarşı-qarşıya qaldıqlarını ifadə edən İqor Semivolos Türkiyənin önəminə diqqət çəkib: "Görünür, Türkiyə sülhdə israr edəcək. Bu, vəziyyətin və balansın dəyişə biləcəyi anlamına gəlir. Çox şey Türkiyə, NATO və ABŞ-ın qərarlarından asılı olacaq. Bu, ikitərəfli oyun deyil, çoxtərəfli bir oyundur”.

Krım Tatar Resurs Mərkəzinin rəhbəri, Krım tatar xalqının parlamentinin üzvü İsgəndər Bariyev bəyan edib ki, Rusiyanın Türkiyənin təkliflərinə reaksiyası onun Qərblə münasibətindən asılı olacaq. Prezident Ərdoğanın Kiyev səfərinin Ukrayna üçün əhəmiyyətli olduğunu bildirən Bariyev, Ankaranın regional mövqeyinə diqqət çəkib.

 “Türkiyənin Qara dəniz və Aralıq dənizindəki regional maraqlarını nəzərə alsaq, onun yeri əhəmiyyətli və zəruridir”, - deyə Bariyev qeyd edib.

Avropa.info


Oxunma sayı: 5490

Oxşar yazılar