Qaz istismarı qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir

  • 16:09 - 24 Yanvar

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik qəbul ediləcəyi təqdirdə 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.


Oxunma sayı: 4335

Oxşar yazılar