"Fransa XİN rəhbərinin fikirləri diplomata yaraşmayan hərəkətdir" – Bəyanat

  • 12:32 - 24 Yanvar

“Zaman-zaman Fransanın  Azərbaycana qarşı beynəlxalq hüquqa zidd hərəkətlərinin şahidi olmuşuq. Bu daha çox Ermənistan-Azərbaycan münaqişəsi və bu işğalın aradan qaldırılması istiqamətində həyata keçirilən 44 günlük müharibə və ondan sonrakı dövrlərdə də özünü açıq formada biruzə verməkdə davam edib və etməkdədir.  Fransa dünyada sülhün, sabitliyin və təhlükəszliyin təminatçısı kimi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin  danışıqlar yolu ilə tənzimlənməsi məqsədi ilə yaradılan ATƏT Minsk qrupunün üç  həmsədr ölkəsindən biri  olsa da, üzərinə düşən missiyanı yerinə yetirmək əvəzinə,   beynəlxalq hüquqa zidd fəaliyyət göstərib, beynəlxalq və regional sabitliyə, təhlükəsizliyə təhdid yaratmaqdadır”.

Avropa.info xəbər verir ki, bu, Azərbaycan Vətəndaş Birliyi Partiyasının (VBP) Fransa Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın parlamentdəki məlum açıqlaması ilə bağlı qəbul ediyi bəyanatda deyilir.

Bəyanatda daha sonra bildirilir:

“Fransanın Azərbaycanın suveren hüquqlarına və  beynəlxalq hüquqa zidd növbəti əməli prezidentliyə nazmidə olaraq Valeri Pekresin qanunsuz olaraq Xankəndinə səfər etməsi və yanvarın 18-da Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın bu ölkənin Milli Assambleyasındakı çıxışını qeyd edə bilərik.

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın parlamentdəki çıxışını və Azərbaycan Prezidenti haqqında səsləndirdiyi  fikirləri diplomata yaraşmayan bir hərəkətdir. Özlərini dünyada demokratiyanın, qanunun aliliyinin, sülhün, sabitliyin, təhlükəsizliyin  təminatçısı olduğunu bəyan edən bir ölkənin nazirinin prezidentliyə namizəd Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə sərt  reaksiya verib, ona həddini bildirib,  bunun Fransanın beynəlxalq imicinə ciddi zərbə olduğunu  bəyan etmək əvəzinə, Azərbaycan və onun lideri haqqında səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir.  Fransalı nazirin bu açıqlaması ilə birbaşa beynəlxalq hüququ ayaqlar altına ataraq öz təxribatçı əməllərinə və Cənubi  Qafqazda sabitliyin pozulmasına yönəlik fəaliyyətlərinə bəraət qazandırmağa cəhd edib. 
Azərbaycan Respublikasının Prezidentinin Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar sərgilədiyi mövqe məntiqi cəhətdən tamamilə düzgündür.

Azərbaycan Vətəndaş Birliyi Partiyası (VBP) olaraq Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianun  diplomata yaraşmayan hərəkətini  beynəlxalq hüqua zidd, Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edən  fəaliyyət kimi qiymətləndirir. Fransanı beynəxlaq sülhə təhdid yaradan təxribatçı hərəkətlərdən əl çəkib, dini, milli, irqi ədavətçiliyə son verməyə çağırır.  VBP olaraq Prezident İlham Əliyevin bəyanatını təqdir edir, onu dəstəkləyir və Jan İv Lö Driandan bu hərəkətlərinə görə Azərbaycan Respublikasının Prezidentindən üzr istməlidir. 

VBP, eyni zamanda, Fransada prezidentliyə namizəd Valeri Perkessin  Xankəndinə səfəri  Azərbaycanın suverenliyinə hörmətsizlik  hesab edirik.

Fransa bundan sonra da  Azərbaycanayönəlik yanlış siyasətini davam etdirərsə, bu  hərəkətlər daha ciddi və konkret  adekvat reaksiya  ilə üzləşəcək. Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımı addımları atacaqdır”.


Oxunma sayı: 4181

Oxşar yazılar