Əmlak Məsələləri Dövlət Xidmətindən Zərdab şəhər sakininə qarşı QANUNSUZLUQ - Ucar rayonu üzrə mütəxəssisdən ŞOK ÖZBAŞINALIQ

  • 12:04 - 24 Yanvar

"Azərbaycan Respulikasının Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Layihə-Təhqiqat İdarəsinin Ucar rayonu üzrə mütəxəssisi Yaqub İsgəndərovun etdiyi qanunsuzluqlardan və özbaşınalıqlardan etdiyimiz şikayətlərə ƏMDX-də baxılmır". 

Avropa.info xəbər verir ki, bu Zərdab şəhər sakini Mirzəyev Rövşən Cəfər oglunun müraciətindədir.

Rövşən Mirzəyev bildirir ki, ona rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlıq məqsədi üçün veriləsi olan 180 kv.m. torpaq sahəsinin verilməsi ilə bağlı xidmətə razılıq məktubu göndərilsə də Yaqub İsgəndərov hansısa səbəbdən həmin ərazini ölçərkən müxtəlif bəhanələr gətirir. 

R.Mirzəyev bildirib ki, həmin ərazidə eyni xətt üzrə çoxlu sayda vətəndaşlara yerlər verilib: 

"Mənə isə veriləsi yerin ölçüsündə bilmədiyim səbəblərdən Yaqub İsgəndərov muxtəlif bəhanələr gətirir. Vətəndaşlara verilən ərazinin verilməsi üçün Şəhərsalma və Arxıtektura Komitəsinin rayon İcra Hakimiyyətinə ünvanladığı razılıq məktubu var. Mənə verilməli olan ərazinin verilməsi üçün rayon rəhbərliyi tərəfindən xidmətə ünvanlanan razılıq məktubu ilə birlikdə həmin Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubu da həmən məktubla birlikdə xidmətə ünvanlansa, hətta həmin ərazidə müxtəlif vətəndaşlara reystr çıxarışının verilməsi ilə bağlı çıxarış ("kupca") əlavə olunsa da, Yaqub İsgəndərov muxtəlif bəhanələr gətirərək özbaşınalıq edir. Onu da bildiririm ki, mənə veriləsi yerin ön və arxa hissələri verilib". 

"Bunu Yaqub İsgəndərovadan soruşan yoxdur ki necə olur, eyni xətt üzrə ön və arxa hissə verilir, bu bölgü qanuni olur, lakin mənə həmin ərazidən olan torpağa sənəd verilmir?", - deyə şikayətçi qeyd edir.

Qeyd edək ki, Rövşən Mirzəyev məsələ ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, müraciətində həmin yerə yenidən baxış keçirilməsinə göstəriş verilməsini xahiş edir.

Mövzuda sadalanan problemlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Avropa.info


Oxunma sayı: 10033

Oxşar yazılar