Zakir Həsənov sabah İrana rəsmi səfərə gedəcək
- 11:49 - 24 Yanvar
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İrana rəsmi səfər edəcək.
Avropa.info xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tviterdə yazıb.
Onun sözlərinə görə, səfərin sabah - yanvarın 25-də baş tutması gözlənilir.