Səudiyyə Ərəbistanı subay kişilərə bu ölkələrin qadınları ilə evlənməyi qadağan etdi

  • 13:28 - 24 Yanvar

Səudiyyə Ərəbistanında evlilik qaydaları sərtləşdirilib. 

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti subay kişilərin Banqladeş, Pakistan, Myanma və Çaddan olan qadınlarla evlənməsinə icazə verilməyəcəyini bəyan edib. 

"France-Presse" agentliyinin  məlumatına görə, Səudiyyə Ərəbistanında bu dörd ölkədən olan əcnəbilərin ümumi sayı 500 mini keçib. İddia olunurdu ki, evlilik qadağasına böyük ehtimalla bu səbəb olub. Məkkə polis rəisi Asəf əl-Quraşi də sözügedən dörd ölkədən olan qadınların “nikaha icazə verilən ölkələr siyahısından” çıxarıldığını təsdiqləyib. Ölkə həmçinin xarici qadınla evlənmək üçün müraciət etmək üçün Səudiyyə Ərəbistanı əsilli kişidən yaşının 25-dən yuxarı olmasını tələb edir. Bildirilib ki, kişi boşanıbsa, evlilik üçün müraciət etməzdən əvvəl 6 aya qədər gözləməli olacaq. 

Səudiyyə Ərəbistanında əcnəbi qadınla evlənmək istəyən hər bir səudiyyəli kişi rəsmilərdən icazə almalıdır. Əhalisinin sayı 27 milyon olan Səudiyyə Ərəbistanında əcnəbilərin sayı ümumi əhalinin 30 faizini təşkil edir.


Oxunma sayı: 4951

Oxşar yazılar