BMT-nin baş katibi: Məktəblərin bağlanması 31 milyondan çox şagirdin həyatını pozmağa davam edir

  • 13:12 - 24 Yanvar

BMT-nin baş katibi Antonio Quterreş dünya ictimaiyyətini təhsil ətrafında birləşməyə çağırıb. 

Avropa.info xəbər verir ki, BMT-nin baş katibi Beynəlxalq Təhsil Günü münasibətilə "Tvitter"də müvafiq mesaj dərc edib. 

"Məktəblərin bağlanması 31 milyondan çox şagirdin həyatını pozmağa davam edir və bu, qlobal təhsil böhranını daha da gücləndirir" deyə Quterreş yazıb. 

BMT rəhbəri hər kəsi ictimai rifah və əsas siyasi prioritet kimi təhsil ətrafında birləşməyə çağırıb. 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası təhsilin sülh və inkişafdakı rolunu nəzərə alaraq 24 yanvar tarixini Beynəlxalq Təhsil Günü kimi qeyd edir.


Oxunma sayı: 3411

Oxşar yazılar