Milli Məclisdə media və sosial şəbəkələr müzakirə olunacaq

  • 12:53 - 24 Yanvar

Milli Məclisdə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı dinləmə keçiriləcək.

Avropa.info xəbər verir ki, bu barədə parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planında qeyd olunub.

Məlumata görə, komitədə sessiya müddətində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin və aparatının, həmçinin Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələr təşkil ediləcək, diffamasiya ilə bağlı məsələlər müzakirə olunacaq.

Bundan əlavə, sessiya müddətində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumundan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi komitənin iş planına daxil edilib.


Oxunma sayı: 1618

Oxşar yazılar