ABŞ-dan yeni Ukrayna QƏRARI: Kritik təlimat – Dövlət Departamenti xəbərdarlıq etdi

  • 11:17 - 24 Yanvar

ABŞ Dövlət Departamenti Rusiyanın mümkün müdaxiləsi halında Kiyev səfirliyindəki əməkdaşlarının ailələrinə Ukraynanı tərk etməyi əmr edib.

Avropa.info xəbər verir ki, Dövlət Departamenti Rusiya ilə Ukrayna arasında gərginliyin artması fonunda Ukraynaya səyahət xəbərdarlığı edib.

"2022-ci il yanvarın 23-də Dövlət Departamenti Rusiyanın hərbi əməliyyatlarının davam edən təhlükəsi ilə əlaqədar ABŞ-ın Kiyevdəki səfirliyində birbaşa işə qəbul edilmiş əməkdaşların könüllü şəkildə ölkəni tərk etməsinə icazə verib. Ukraynadakı ABŞ vətəndaşları, kommersiya və ya digərləri şəxsi nəqliyyat seçimlərindən istifadə edərək ayrılmağı düşünməlidir", xəbərdarlıqda deyilir.

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat planlaşdırdığına dair xəbərlərin olduğuna diqqət çəkən açıqlamada, “Təhlükəsizlik şərtləri gözlənilməzdir, xüsusisən də Ukrayna sərhədləri boyunca və Rusiyanın işğalı altında olan Krımda və Ukraynanın şərqində vəziyyət hər an pisləşə bilər", - deyə bildirilib. 

Açıqlamada, mümkün hərbi əməliyyatda ABŞ-ın Ukraynadakı diplomatik fəaliyyətlərinin də təsirlənəcəyi bildirilib və Ukraynadakı ABŞ vətəndaşlarından da ünsiyyət üçün onlayn forma doldurmaları istənilib.


Oxunma sayı: 3235

Oxşar yazılar