Vaşinqtonda İsrail əleyhinə AKSİYA – Polis 7 etirazçını saxlayıb

  • 10:47 - 24 Yanvar

ABŞ polisi İsrail tərəfindən yəhudi məskənlərinin qeyri-qanuni tikintisinə etiraz edən 7 etirazçını saxlayıb. 

Avropa.info xəbər verir ki, İsrailin Vaşinqtondakı səfirliyində keçirilən aksiyanı ABŞ-da fəaliyyət göstərən Fələstin Gənclər Hərəkatı təşkil edib. 

Yüzlərlə nümayişçi əllərində plakatlarla diplomatik nümayəndəlik binası qarşısında toplaşaraq, əsasən Qüdsdəki Şeyx Cərrah məhəlləsində qeyri-qanuni yəhudi məskənlərinin salınmasına etiraz ediblər. 

Hərəkat İsrail məskunlaşmaların genişləndirilməsini, fələstinliləri evlərindən çıxarmasını dayandırana, ABŞ İsraili dəstəkləməyi dayandırmayana və media İsrailin Fələstin ərazilərini işğalına “göz yummağa” son qoyana qədər etirazları davam etdirmək əzmində olduğunu bəyan edib. 

Nümayişçilər həmçinin Fələstin bayraqları daşıyıb və İsrail əleyhinə şüarlar səsləndiriblər.


Oxunma sayı: 5556

Oxşar yazılar