Rusiya qoşunları Belarusa toplandı

  • 10:31 - 24 Yanvar

Rusiyadan hərbçilərin və hərbi texnikanın olduğu qatar Brest vilayətinin Polonka dəmir yolu stansiyasına gəlib. 

Avropa.info xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmi Na-kanalında yerləşdirilib. 

“Polonka dəmir yolu vağzalında onlar Rusiyadan gələn hərbçilər və hərbi texnikanın olduğu daha bir eşalonu qarşılayırlar”, - məlumatda deyilir. Rusiya hərbçiləri İttifaq dövlətinin reaksiya qüvvələrinin Belarus ərazisinə təftişində iştirak etmək üçün gəlməkdə davam edir. 

İttifaq dövlətinin reaksiya qüvvələrinin sınağı fevral ayında Belarus ərazisində iki mərhələdə keçiriləcək.


Oxunma sayı: 4654

Oxşar yazılar