Bu şəxs Ermənistan prezidenti postunda Sarkisyanı əvəz edəcək

  • 09:33 - 24 Yanvar

Ermənistan parlamentinin sədri Alen Simonyan yeni növbədənkənar dövlət başçısı seçkilərinə qədər ölkə prezidenti vəzifəsini icra edəcək. Avropa.info xəbər verir ki, bu, ölkə konstitusiyasının 144-cü maddəsindən irəli gəlir. 

Ermənistanın əsas qanununun göstərilən müddəasına görə, “respublikanın prezidenti vəzifəsindən kənarlaşdırıldıqda, səlahiyyətlərini həyata keçirə bilmədikdə, istefaya getdikdə və ya öldükdə, respublikanın yeni seçilmiş prezidenti vəzifəyə başlayana qədər, respublikanın prezidentini Milli Məclisin sədri həyata keçirir”. 

Növbədənkənar dövlət başçısı seçkiləri vakansiya açıldıqdan sonra ən geci 25 və 35 gündən gec olmayaraq keçirilir. 

Ermənistan prezidenti ölkənin qanunverici orqanı tərəfindən yeddi il müddətinə seçilir. Eyni şəxs yalnız bir dəfə ölkə prezidenti seçilə bilər. 

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan dövlət başçısı vəzifəsindən istefa verdiyini açıqlayıb. 

Dövlət başçısı bildirib ki, onun ölkənin xarici və daxili siyasətinə təsir etmək üçün lazımi imkanları yoxdur.


Oxunma sayı: 2696

Oxşar yazılar