"Sərkisyan istefası ilə Paşinyanın planlarını pozdu" - Ermənistanın eks prezidenti Londondakı biznesini idarə edəcək - AÇIQLAMA

  • 00:28 - 24 Yanvar

"Ermənistan prezidenti Armen Sərkisyan istefa verib. Onun əsaslandırması belədir ki, əlində daxili və xarici siyasətə təsir edəcək alətləri yoxdur.  Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri bəllidir, bunu Armen Sərkisyan ona prezident olmağı keçmiş baş nazir Serj Sərkisyan təklif edərkən bilirdi."

Bunu Avropa.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq, Armen Sarkisyanın istefasının mümkün nəticələrindən danışıb.

"Sadəcə hadisələr elə inkişaf etdi ki, Nikol Paşinyan Serj Sərkisyanı devirərək seçki yolu ilə baş nazir oldu. Nikol Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra prezident Armen Sərkisyan məsuliyyətdən yayınmağa çalışdı, sanki demək istəyirdi ki, “səlahiyyət məndə olsaydı nəticə fərqli olardı”. Ən maraqlısı odur ki, Armen Sərkisyan son aylarda bir sıra ərəb ölkəsinə səfər edərək aktiv xarici siyasət yürütməyə çalışırdı. Görünür, bu amil Nikol Paşinyanın narazılığına səbəb olub və prezidentə mesaj yollayıb ki, səlahiyyət çərçivəni aşma.

Elxan Şahinoğlu:- \"Ukrayna və Rusiya arasında müharibə ehtimalı artır\"

Elxan Şahinoğlu

Armen Sərkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz. O yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində Armen Sərkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil. Armen Sərkisyanın qəfil istefasından sonra Paşinyan Kontsusiya islahatlarına maraq göstərməyə də bilər. Çünki özü prezident olmayacaqsa başı üzərində güclü fiqurun səlahiyyət sahibi olmasının lehinə olmayacaq", - deyə Şahinoğlu bildirib.

Politoloq, Ermənistanın keçmiş prezidentinin ehtimal olunan gələcək fəaliyyəti haqda da danışıb.

"Ermənistan prezidenti Armen Sarkisyan bir il əvvəlki açıqlamasında ölkəsinin çoxvektorlu böhran içərisində olduğunu belə izah edirdi: “Dövlət aparatı şok vəziyyətindədir, müharibə sonrası durum ağırdır, pandemiya ilə mübarizə müsbət nəticə vermir. Biz Dağlıq Qarabağın əksəri ərazisini və minlərlə gəncimizi itirdik. Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınların çoxsaylı sosial problemlər var və bu da ciddi böhran yaradıb. Minlərlə Ermənistan vətəndaşı Rusiya və Amerikaya köçmək barədə düşünür, bilet almağa çalışırlar. Ermənistandan köç böhranlı miqyas ala bilər”.

Göründüyü kimi, Armen Sərkisyan ölkəsinin düşdüyü durumu olduğu kimi izah etmişdi. Ermənistan üçün bir il ərzində müsbətə doğru heç nə dəyişməyib. Bu isə o deməkdir ki, Armen Sərkisyan bir il əvvəlki kimi düşünür, ölkəsi üçün perspektiv görmür. Onun Böyük Britaniya ilə sıx bağlılığı var, kapitalı da bu ölkədədir, həmçinin bu ölkənin pasportuna sahibdir. Ona görə də Armen Sərkisyan böyük ehtimalla digər imkanlı ermənilər kimi ölkəsini tərk edərək Londondakı qazanc gətirən işlərinə qayıdacaq", - deyə Elxan Şahinoğlu qeyd edib.

Avropa.info


Oxunma sayı: 9747

Oxşar yazılar