“Tata Steel”: Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb

  • 23:43 - 23 Yanvar

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VIII turun görüşünü keçirib.

Rəqib hindistanlı Rameşbabu Praqnanandha olub. Ağ fiqurlarla oynayan Məmmədyarov 46-cı gedişdə Praqnanandhanı təslim olmağa məcbur edib.

Bununla da azərbaycanlı qrossmeyster 8 oyundan sonra xalını 5,5-ə çatdırıb və eyni xala malik norveçli dünya çempionu Maqnus Karlsenlə birgə ilk 2 pilləni bölüşür.


Oxunma sayı: 4313

Oxşar yazılar