Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdi

  • 20:22 - 23 Yanvar

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

Avropa.info xəbər verir ki, bu barədə Armen Sarkisyan özü bildirib.

Ermənistan Prezidenti qeyd edib ki, onun istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır.

“Mən çox uzun müddət düşünürdüm və təxminən dörd illik fəal işdən sonra Ermənistan prezidenti vəzifəsindən istefa vermək qərarına gəlmişəm. Bu, qətiyyən emosional qərar deyil və müəyyən məntiqdən irəli gəlir”, - Ermənistan prezidentinin saytında dərc olunan bəyanatında bildirib.

“Prezidentin ölkə və xalq üçün çətin olan bu dövrdə daxili və xarici siyasətdəki radikal proseslərə təsir etmək üçün lazımi alətləri yoxdur. Dövlətimiz üçün bu çətin, milli birliyin lazım olduğu bu dövrdə prezident institutu dedi-qodu və konspirasiya obyektinə çevrilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm məsələlərdən yayındırmamalıdır”, - Sarkisyan istefasını belə izah edib.


Oxunma sayı: 7118

Oxşar yazılar