Gəncədə ata və qızı dəm qazından zəhərlənib, ölən var

  • 17:05 - 23 Yanvar

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

Hadisə Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

Orada yaşayan 1989-cu il təvəllüdlü Atamov Ruslan Rəşid oğlu və onun qızı, 2018-ci il təvəllüdlü Atamova Fatimə Ruslan qızı dəm qazından zəhərlənib.

Onlardan körpə xəstəxanaya yerləşdirilib, R.Atamov isə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.(report) 


Oxunma sayı: 1519

Oxşar yazılar