“Pekin 2022” Olimpiya Kəndləri işə başlayıb

  • 16:15 - 23 Yanvar

Pekindəki Olimpiya kəndləri bazar günü işə başlayıb və ilk nümayəndə heyətlərini qəbul edib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, ilk iş günündə kəndlərə Çin, Avstraliya, Kanada, ABŞ, Finlandiya və digər ölkələrdən 20-dən çox nümayəndə heyətinin üzvləri gəlib.

Eyni zamanda bildirilir ki, Olimpiya kəndlərinin rəsmi açılışı yanvarın 27-də olacaq.(apa) 


Oxunma sayı: 6601

Oxşar yazılar