Zelenski Ukraynada türk şirkəti tərəfindən tikilən körpünün açılışını etdi – FOTO

  • 13:34 - 23 Yanvar

Zaporojyedə Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukraynanın ən böyük kanatlı körpüsünün açılışı olub.

Avropa.info bildirir ki, Türkiyənin Kiyevdəki səfirliyindən verilən məlumata görə, layihənin baş podratçısı Türkiyənin "Onur "tikinti şirkəti olub. 

"Hamımızın qürur duyduğumuz bu layihədə əməyi olan hər kəsi təbrik edirik", - məlumatda deyilir.

Zelenskinin iştirakı ilə 2020-ci ildə Köhnə Dnepr çayı üzərindən tirli körpünün birinci hissəsinin açılışı olub. Ukrayna dövlətinin başçısı işlərin vaxtında başa çatdırılmasına görə türk şirkətinə minnətdarlığını bildirib.

Zaporojye körpüsü 27 süni tikili, o cümlədən hər bir hərəkət istiqaməti üçün ayrı-ayrı strukturları olan iki sinifdənkənar körpü daxil olmaqla altı yol qovşağından ibarət uzunluğu 9 km-dən çox olan fasiləsiz nəqliyyat magistralıdır.

 

 

 

 


Oxunma sayı: 6183

Oxşar yazılar