Qubada evdə kişi meyiti tapılıb

  • 13:20 - 23 Yanvar

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Hüseynov Qabil Nəsib oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 4269

Oxşar yazılar