Yeni Zelandiyanın Baş naziri koronavirusa görə toyunu təxirə salıb

  • 12:55 - 23 Yanvar
Yeni Zelandiyanın Baş naziri koronavirusa görə toyunu təxirə salıb

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, koronavirusun “omikron” ştammının yayılması ilə bağlı “qırmızı xəbərdarlıq” səviyyəsinin elan edilməsi səbəbiylə televiziya aparıcısı Klark Qeydford ilə toyunu təxirə salıb.

Bu barədə TASS” məlumat yayıb. 

“Tədbirlərə gəldikdə, istər ad günü, istər toy, istərsə də bu cür hər hansı digər tədbir, bazar günü gecəsi “qırmızı xəbərdarlıq” səviyyəsinin qüvvəyə mindiyi andan iştirakçıların sayının 100 nəfərə qədər məhdudlaşdırılması olacaq. Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər həmyerlilərimə qoşuluram ” - deyə Baş nazir qeyd edib.

Qeyd edək ki, üç yaşlı Niv Te Aroha qızı olan Ardern və Qeyfordun toyu 2022-ci ilin yayında olmalı idi. Koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən sanitar məhdudiyyətlər səbəbindən mərasim qeyri-müəyyən müddətə təxirə salınmalı olub. Cütlük 2019-cu ilin aprelində nişanlanıb.

Yeni Zelandiyada “qırmızı xəbərdarlıq” səviyyəsi lokdaunun elan olunmasını nəzərdə tutur. Ölkədəki bütün müəssisələr və idarələr bağlanmasa da, restoran və barlar 100 nəfərdən artıq müştəri qəbul etməməlidirlər və bu zaman sosial məsafə saxlanılmalıdır. Həmçinin kütləvi tədbirlərdə peyvəndin tam dozasını qəbul etmiş 100 nəfərdən artıq şəxsin iştirakına icazə verilmir.(report) 


Oxunma sayı: 6711

Oxşar yazılar