SENSASİON İDDİA: ABŞ Ukraynadakı diplomatlarını təxliyə edir - Rus qırıcıları Ukraynanın şimalındakı Belarusa endi...

  • 23:14 - 22 Yanvar

Dövlət Departamenti ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrini bazar ertəsi təxliyə etmə haqda əmr verib.

Avropa.info xəbər verir ki, bunu Bayden hökumətinə müxalif mövqeyi ilə bilinən “FoxNews” kanalının jurnalisti Lukas Tomlinson tvitter səhifəsində yazıb.

Jurnalist məlumatı ABŞ rəsmi daurələrindən aldığını iddia edib.

Lukas Tomlinson həmçinin, Rusiya qırıcılarının Ukraynanın şimalındakı Belarusa endiyini, ABŞ rəsmilərinin Kiyevin təhlükəsizliyi üçün narahat olduqlarını qeyd edib.  

Xatırladaq ki, diplomatların təxliyəsi barədə rəsmi səviyyədə ABŞ-dan açıqlama edilməyib.


Oxunma sayı: 6249

Oxşar yazılar