Azərbaycan Ordusunun hərbi qulluqçusu HƏLAK OLDU

  • 21:45 - 22 Yanvar

Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!


Oxunma sayı: 2113

Oxşar yazılar