Bərdədə 32 yaşlı kişi güllələnib

  • 23:25 - 22 Yanvar

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

Trend-in xəbərinə görə, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. Belə ki, 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alib.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.


Oxunma sayı: 5820

Oxşar yazılar