Hulusi Akar: PUA-ların alınması barədə qərarı Kiyev verib

  • 23:00 - 22 Yanvar

Türkiyəni Ukraynaya zərbə PUA-larının təchizatına görə ittiham etmək doğru deyil. Bu təchizat NATO ilə tərəfdaşlıq planına uyğundur.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Türkiyə həm Rusiya, həm Ukrayna, həm də NATO-nun tərəfdaşları ilə müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesində aktiv əməkdaşlıq edir. Bu əməkdaşlığın bir nümunəsi də Ukraynaya zərbə PUA-larının çatdırılmasıdır. Dronların alınması barədə qərarı Kiyev verdiyi üçün Ankaranı bu işdə ittiham etmək doğru deyil. Ukrayna NATO-nun xüsusi statuslu tərəfdaşıdır və onun müdafiə potensialının gücləndirilməsi Ukrayna – NATO fərdi əməkdaşlıq planının tərkib hissəsidir”, - deyə Akar vurğulayıb.(apa) 


Oxunma sayı: 2773

Oxşar yazılar