ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsinin vaxtı məlum olub

  • 22:10 - 22 Yanvar

ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin təxliyəsi barədə göstəriş verib.

Bu barədə Fox News-un jurnalisti Lukas Tomlinson adı açıqlanmayan ABŞ rəsmilərinə məlumat yayıb.

Məlumata görə, təxliyə yanvarın 24-dən başlayaraq həyata keçirilə bilər.

Daha əvvəl "Bloomberg" adı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, yaxın günlərdə ABŞ səfirliyinin əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi planlaşdırılır.(report) 


Oxunma sayı: 2883

Oxşar yazılar