Suriyada İŞİD terrorçularının həbsxanaya hücumundan sonra başlayan döyüşlərdə azı 70 nəfər ölüb

  • 21:45 - 22 Yanvar

İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı Hasakeh şəhərində yerləşən Gvayran həbsxanasına hücumundan sonra artıq üç gündür davam edən döyüşlərdə azı 70 nəfərin öldüyü bildirilir.

Avropa.info xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Şurasının sədri Rami Əbdül Rəhman “Əl Ərəbiyə” telekanalına müsahibəsində 3500-dək İŞİD terrorçusunun saxlanıldığı həbsxanadan cəmi 10 nəfərin qaça bildiyini qeyd edib. Onun sözlərinə görə, atışmalar zamanı ölənlərin 45-i terror təşkilatının silahlıları, qalanları isə bölgədə təhlükəsizliyi qoruyan kürd mühafizə dəstəsinin döyüşçüləridir.

“Amağ” xəbər agentliyi vasitəsilə məlumat yayan İŞİD liderləri bəyan ediblər ki, onların məqsədi Suriya Demokratik Qüvvələrinin (SDF) həbsxanalarında olan bütün terrorçuları azad etməkdir.

İŞİD-in məqsədinə nail ola bilməyəcəyini deyən SDF-in nümayəndəsi əlavə edib ki, hazırda Hasakeh və digər həbsxanalarda 50 millətin nümayəndəsi olan 12 minə yaxın terrorçu var.


Oxunma sayı: 2938

Oxşar yazılar