Türkiyədən Suriya və İraqda BÖYÜK ƏMƏLİYYAT - "Bayraktar"lar PKK-nın "kəşfiyyat rəisi"nin və iki "komandiri"nin KÜLÜNÜ GÖYƏ SOVURDU (FOTOFAKT)

  • 17:02 - 22 Yanvar

Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları  Suriyanın şimalındakı Haseke vilayətinin Tel Temir şəhərində PKK/YPG terrorçularını daşıyan hərbi avtomobili vurub. 

Avropa.info xəbər verir ki, avtomobilə edilən hücum nəticəsində terror təşkilatı PKK/YPG-nin "kəşfiyyat rəisi" və yanındakı bir terrorçu məhv edilib.

Terror təşkilatı PKK-ya növbəti ağır zərbə İraqın şimalındakı Sicarda endirilib. PKK-nın "komandiri" "Azad Ezdin" kod adlı Süleyman Şemo Yusuf və "Enver" kod adlı Naci Heci Sebro şəhərdə 2 avtomobillə hərəkət edərkən "Bayraktar"ların hədəfinə tuş gəlib. Nəticədə hər iki terrorçu məhv edilib. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə (TSQ) aid PUA-lar 2021-ci il dekabrın 7-də Hanesor bölgəsində PKK-nın qondarma komandirlərindən biri “Dijvar” kod adlı “Bedel Hacı”nı öldürülüb.

Türk döyüş təyyarələri isə 11 dekabr 2021-ci ildə terror təşkilatının Hansordakı "məclis" binasının külünü göyə sovurub. 

Avropa.info


Oxunma sayı: 6667

Oxşar yazılar