17 yaşlı erməni Xankəndindən İrəvana aparıldı – Rusiyanın helikopteri ilə (FOTO)

  • 11:59 - 22 Yanvar

Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə razılaşdırılmaqla, Qarabağda müvəqqəti nəzarət etdikləri ərazidən 17 yaşlı erməni sakinini Ermənistana təxliyyə ediblər.

Avropa.info bildirir ki, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin hərbi təyyarəçiləri və pilotları Mi-8AMTŞ helikopteri ilə əməliyyatı reallaşdırıblar. 17 yaşlı erməni Xankəndindəki uşaq xəstəxanasının reanimasiya bölməsində idi.

17 yaşlı erməni müxtəlif ağırlıqlı çoxsaylı travmalar almışdı. Onun valideynləri pasiyenti İrəvana aviasiya ilə aparmaq üçün rusiyalı sülhməramlılara müraciət etmişdilər.

Qeyd edək ki, yanvarın 19-da Xocavənd rayonunun Çartar kəndində bədbəxt hadisə baş verib, nəticədə 4 uşaq xəsarət alıb. Həkimlər onlardan üçünün vəziyyətini orta ağır qiymətləndirib, digər uşağın isə onurğa sütunu sınıb. Sınığın mürəkkəbliyini nəzərə alaraq, uşağı helikopterlə İrəvana aparmaq qərara alınıb. 

Yanvarın 20-də əlverişsiz hava şəraiti olduğundan, uçuş yanvarın 21-i səhər saatlarında həyata keçirilib.

 

 

 


Oxunma sayı: 3224

Oxşar yazılar