Heyranı olduğu Avropanın çirkin üzünü görüncə şok oldu – VİDEO

  • 13:49 - 22 Yanvar

Türkiyənin ATV telekanalında yayımlanan "Kim Milyoner Olmak İster" yarışma proqramında gecəyə damğa vuran bir an yaşanıb.

Avropa.info xəbər verir ki, proqramın aparıcısı Kenan İmirzalıoğlunun yarışmaya qatılan Hamide Tanıra ünvanlandığı sual Avropanın çirkin keçmişini bir daha xatırladıb.

Kənan İmirzalıoğlu müsabiqə iştirakçısına “Hansı ölkədə 1980-ci illərə qədər yetim, qeyri-qanuni doğulmuş, valideynləri spirtli içki aludəçisi, boşanmış və yoxsul olan uşaqlar bəzən dövlət tərəfindən hərraclarda satılaraq, fermalarda işləməyə məcbur edilirdi?” sualını verib. Cavab variantları arasında Danimarka, Norveç, İsveçrə və Belçika olub.

İsveçrəni cavab variantları arasında fərqli yerə qoyan Hamide xanım “İsveçrə çox fərqli və gözəl ölkədir. Mən heç vaxt İsveçrə demək istəmirəm''deyib. Suala düzgün cavabı bilməyən Hamida xanım yarışmadan çəkilmək qərarına gəlib. Çəkildikdən sonra sualı cavablandıran Hamide Tanır “Danimarka” variantına üstünlük verib. Düzgün cavab İsveçrə idi.

Qeyd edək ki, bundan əvvəlki proqramların birində Afrikadan kölə olaraq gətirilib, Avropada, zooparklarda olduğu kimi, qəfəsdə nümayiş olunan insanlar barədə də sual olub. Bu sualın cavabı isə Belçika idi.

Xatırladaq ki, həmin hadisə 1897-ci ildə olub. Konqonu müstəmləkə elan edən Belçika kralı II Leopold 297 konqolunu ölkəsinə gətirb. Bu insanların qəfəslərdə nümayiş olunduğu kənd saldırıb. Belçikanın soyuğuna dözə bilməyən bu insanlar bir müddət sonra sətəlcəmdən ölüblər.


Oxunma sayı: 10418

Oxşar yazılar