Beynəlxalq reytinq agentliyindən Azərbaycan manatının məzənnəsi ilə bağlı YENİ PROQNOZ

  • 11:37 - 22 Yanvar

2022-ci ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 1 ABŞ dolları - 1,70 AZN nisbətində saxlanılacaq.

Avropa.info xəbər verir ki, bu barədə “Standard & Poor Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hesabatında qeyd olunub.

Məlumatda bildirilib ki, buna baxmayaraq, karbohidrogen məhsullarının qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyədə qalarsa, məzənnənin tənzimlənməsi nəzərdən keçirilə bilər. Bu, 2015-ci ildə Mərkəzi Bankın yaşadığına bənzər xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək.


Oxunma sayı: 2938

Oxşar yazılar