ABŞ Baltikyanı ölkələrə Amerika silahlarını Ukraynaya ötürməyə icazə verdi

  • 11:02 - 21 Yanvar

ABŞ administrasiyası Estoniya, Latviya və Litvaya Ukraynanı Amerika istehsalı olan “Javelin” və “Stinger” tank və zenit-raket kompleksləri ilə təchiz etməyə icazə verib. 

Avropa.info-nun məlumatına görə, “The Wall Street Journal” amerikalı rəsmiyə istinadən xəbər verir ki, bu qərar Rusiya ilə gərginlik fonunda Ukrayna ordusuna dəstək vermək üçün qəbul edilib. 

“ABŞ üç Baltikyanı ölkəyə - NATO üzvlərinə Amerika istehsalı olan silahları Ukraynaya göndərməyə icazə verib”, - məqalədə deyilir. 

Rəsmi nəşrə bildirib ki, Cozef Bayden administrasiyası Mi-17 nəqliyyat helikopterlərinin Ukraynaya satışını təsdiqləmək planları barədə Konqresə məlumat verib. 

Pentaqon və ABŞ Dövlət Departamenti hər iki mövzu ilə bağlı şərh verməkdən imtina ediblər.


Oxunma sayı: 5952

Oxşar yazılar