Azərbaycanla Türkiyə arasında bir milyardlıq saziş İMZALANACAQ

  • 10:31 - 21 Yanvar

Birləşmiş Ərəb Əmirlikləri Mərkəzi Bankından sonra Mərkəzi Bank Azərbaycan Mərkəzi Bankı ilə ikitərəfli valyuta svopu haqqında saziş imzalamağa hazırlaşır. Müqavilənin bir milyard avro dəyərində olacağı gözlənilir.

Avropa.info xəbər verir ki, Türkiyənin Mərkəzi Bankın bir müddətdir davam edən svop, yəni “ikitərəfli valyuta mübadiləsi” sazişi üzrə danışıqları yekunlaşıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də iqtisadiyyat mətbuatı və alimlərlə keçirdiyi görüşdə 3 ölkə ilə svop müqaviləsi danışıqlarının aparıldığını, 2 ölkə ilə imzalanma mərhələsinə keçildiyini açıqlayıb. 

Həmin tarixdən sonra danışıqlar davam edərkən, Mərkəzi Bank Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı ilə təxminən 5 milyard dollarlıq svop müqaviləsi imzalandığını açıqlayıb. İki ölkə arasında qarşılıqlı ticarəti inkişaf etdirmək məqsədi daşıyan müqavilənin müddəti üç il müəyyən edilib. 

Birləşmiş Ərəb Əmirlikləri ilə svop sazişi rəsmən elan olunarkən, Azərbaycanla danışıqların yekunlaşdığı bildirilib. 

Əldə edilən məlumata görə, yaxın vaxtlarda Azərbaycanla ikitərəfli valyuta mübadiləsi sazişi açıqlanacaq. Bildirilir ki, Azərbaycanla müqavilənin həcmi bir milyard avro civarında olacaq.


Oxunma sayı: 7987

Oxşar yazılar