İllər sonra Türkiyə ilə İsrail arasında KRİTİK TƏMAS : Nazirlər telefonla danışdılar, İshaq Hersoq Ankaraya gəlmək istəyir...

  • 00:02 - 21 Yanvar

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin Xarici İşlər naziri Yair Lapid arasında telefon danışığı olub.

Avropa.info xəbər verir ki, bununla da illər sonra Türkiyə ilə İsrail arasında nazirlər səviyyəsində telefon danışığı həyata keçirilib.

Qeyd edək ki, dünən Türkiyə mediası diplomatik qaynaqlara istinadən gün ərzində İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri ehtimalı ilə bağlı yazmışdı. Məlumatlara görə, Türkiyə Prezidenti Ərdoğanın “Sizi Türkiyədə gözləyirik” dəvətinə İshaq Hersoq “mən də Türkiyəyə gəlmək istərdim” cavabı verib.

Hələlik səfərin qrafiki məlum olmasa da, Türkiyə və İsrail tərəflərində müxtəlif səviyyələrdə danışıqlar davam edir. 


Oxunma sayı: 5853

Oxşar yazılar