Azərbaycanda son sutkada 1186 nəfər koronavirusa yoluxub, 582 nəfər sağalıb - 14 nəfər vəfat edib

  • 18:38 - 20 Yanvar

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 629352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610605 nəfər müalicə olunaraq sağalıb, 8564 nəfər vəfat edib, aktiv xəstə sayı 10183 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9116, ötən müddət ərzində isə ümumilikdə 6037787 test aparılıb.


Oxunma sayı: 4049

Oxşar yazılar