Paytaxt polisi 5 nəfəri saxlayıb, kiloqramlarla narkotik aşkarlayıb

  • 18:19 - 20 Yanvar

Bakının Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfərdən 10 kiloqramdan çox narkotik vasitə götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Şöbəsinə (PŞ) daxil olan əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Asif Niyazov tutulub.

Onun üzərindən, eləcə də evindən ümumilikdə 10 kiloqram 200 qram heroin və marixuana aşkar olunub. Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ruslan Aslanov, Rəşad Hüseynov, Rəşad Pənahov və əvvəllər məhkum olunmuş Məhəmməd Nəcəfov saxlanılıblar.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

◀▶


 


Oxunma sayı: 4005

Oxşar yazılar