"Barselona" Dembeleni komandadan qovub

  • 17:30 - 20 Yanvar

İspaniyanın "Barselona" komandasının futbolçusu Usman Dembele transferə çıxarılıb. 

Bu barədə klubun idman direktoru Matteu Alemani açıqlama verib. 

O, fransalı hücumçunun heyətdə qalmaq istəmədiyini bildirib: "Dembele bizim layihənin bir hissəsi olmağı arzulamır. Buna görə də dərhal getməsini tələb etdik. Usmanın yanvarın 31-dək satılacağını gözləyirik". 

Qeyd edək ki, Usman Dembelenin "Barselona" ilə hazırkı müqaviləsi iyunun 30-dək nəzərdə tutulub. O, klubun təklif etdiyi yeni sözləşmə şərtləri ilə razılaşmayıb. Bu mövsüm La Liqada 6 oyuna çıxan 24 yaşlı forvard 2 məhsuldar ötürmə ilə yadda qalıb. Dembele 2016-cı ildən Fransa yığmasına çağırılır.(report)


Oxunma sayı: 2861

Oxşar yazılar