Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək

  • 15:55 - 20 Yanvar

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar fransalı diplomatlarla birlikdə Azərbaycan və Ermənistana səfər edəcək. 

Avropa.info apa-ya istinadən xəbər verir ki, T. Klaar bu barədə “Twitter” hesabında paylaşım edib. 

Bildirib ki, Brüssel görüşlərinin ardınca fransalı diplomat İsabel Dumont və digər həmkarları ilə Aİ-Fransa birgə səfəri çərçivəsində qarşıdakı günlərdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə substantiv görüşlər keçiriləcək.


Oxunma sayı: 2333

Oxşar yazılar