Ermənistanın demarkasiya üzrə təklifinin təfərrüatları açıqlandı

  • 15:30 - 20 Yanvar

Ermənistan Azərbaycana sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün yazılı təkliflər göndərib. Ermənistan KİV-i yazır ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Təkliflər sərhəddə prosesin başlanmasını asanlaşdıracaq vəziyyətin yaradılmasına aiddir.

“Bu, xəritələr və ya Sovet dövrünün xəritəsi nəzərə alınmaqla, qoşunların "güzgü prinsipi" ilə çıxarılmasına və sərhəd qoşunlarının sərhəd boyu yerləşdirilməsinə aiddir”, - Qriqoryan jurnalistlərə deyib.

Qeyd olunur ki, Azərbaycandan buna, hələ ki, yazılı reaksiya olmayıb.

virtualaz.org


Oxunma sayı: 2619

Oxşar yazılar