Haitidə prezidentə sui-qəsddə şübhəli bilinən şəxs ABŞ-a təhvil verildi

  • 12:10 - 20 Yanvar

Haiti prezidenti Jovenel Moise sui-qəsd cəhdində şübhəli bilinən şəxslərdən biri Dominikan Respublikasında saxlanılaraq Mayamiyə ekstradisiya edilib. 

Avropa.info bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat katibi Nikol Navas məlumat verib. 

“Biz təsdiq edə bilərik ki, Rodolphe Jaar Florida ştatının cənub bölgəsində həbsdədir. Sabah (cümə) onun ağır cinayətdə ittiham ediləcəyi ilk federal məhkəmə iclası olacaq”, - Navas bildirib. 

Jaarın yanvarın 11-də Dominikan Respublikasına girmək istəyərkən saxlanıldığı bildirilir. Əməliyyat ABŞ səlahiyyətlilərinin köməyi ilə həyata keçirilib. 

Haiti əsilli Jaar prezidentə sui-qəsd işində şübhəli bilinən 40 nəfərdən biridir. 

Haiti prezidenti, 53 yaşlı Jovenel Moise 7 iyul 2021-ci ildə şəxsi iqamətgahı zəminində sui-qəsd nəticəsində öldürülüb. 

Dövlət başçısı odlu silahdan ölümcül yaralanıb, birinci xanım Martin Moise isə yaralanıb. 

Baş nazir Klod Cozef bəyan edib ki, prezidentin öldürülməsindən sonra Haiti hökuməti respublika ərazisində hərbi vəziyyət tətbiq etmək qərarına gəlib. 

Qətllə bağlı azı 40 nəfər saxlanılıb, lakin onların heç birinə rəsmi ittiham irəli sürülməyib.


Oxunma sayı: 3004

Oxşar yazılar