Bayden: Ukraynanın işğalı Rusiya üçün fəlakət olacaq

  • 12:05 - 20 Yanvar

Əgər Rusiya Ukraynanı işğal edərsə, indiyədək görünməyən iqtisadi nəticələrlə üzləşəcək. 

Avropa.info xəbər verir ki, Cozef Bayden ABŞ prezidenti kimi fəaliyyətinin birinci ildönümü ilə əlaqədar Ağ Evdə keçirdiyi mətbuat konfransında xəbərdarlıq edib. 

“Ukraynaya xırda müdaxilə olsa, nəyi edib, nəyi etməmək barədə mübahisə etməli olacağıq. Əgər onlar (Rusiya hakimiyyət orqanları) sərhəddə cəmləşmiş qüvvələri ilə əllərindən gələni etsələr, bu, Rusiya üçün fəlakət olacaq. Əgər Rusiya Ukraynanı işğal edərsə, biz tərəfdaşlarımız və müttəfiqlərimizlə Rusiyaya zərər vermək üçün ciddi addımlar atmağa hazırıq. Bildiyiniz kimi, biz NATO müttəfiqlərimizi də dəstəkləyirik”, - Ağ Evin rəhbəri bildirib. 

Bayden ABŞ-ın Ukraynaya 600 milyon dollar dəyərində hərbi sursat göndərdiyinə diqqət çəkib. 

"Ukraynaya işğal olunarsa, Rusiya çoxlu itki verəcək", - ABŞ prezidenti xəbərdarlıq edib. 

Cozef Bayden bildirib ki, Ukraynaya müdaxilənin Rusiya üçün qısa, orta və uzunmüddətli perspektivdə nəticələri olacaq. 

Ağ Ev rəhbəri həmçinin Ukraynaya müdaxilə olacağı təqdirdə, Rusiya banklarını dollardan “kəsməklə” hədələyib. 

Ağ Ev rəhbəri Rusiya prezidenti Vladimir Putinin genişmiqyaslı müharibə istəmədiyinə diqqət çəkib. 

“Rusiya Qərbi, ABŞ-ı və NATO-nu sınaqdan keçirəcək. Düşünürəm ki, Rusiya Ukraynanı işğal edəcək”, - Bayden əlavə edib.


Oxunma sayı: 5039

Oxşar yazılar