Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

  • 13:02 - 20 Yanvar

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

 


Oxunma sayı: 2025

Oxşar yazılar