Ağdaşda qaçırdığı avtomobilin hissələrini satmaq istəyən şəxs saxlanılıb

  • 11:25 - 20 Yanvar

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Ağdaş şəhər sakini ona məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, müraciətlə əlaqədar Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Məhəmməd Abbasov saxlanılıb.
O, ifadəsində qaçırdığı nəqliyyat vasitəsini yaşadığı Mingəçevir şəhərinə apardığını və orada ehtiyat hissələrini söküb, satmaq məqsədilə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 


Oxunma sayı: 4357

Oxşar yazılar