
Türkiyə səfiri Azərbaycan xalqına başsağlığı verib
- 10:42 - 20 Yanvar
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Avropa.info xəbər verir ki, səfir bununla bağlı tviter səhifəsində paylaşım edib.
“Bu gecə qərənfillərin ağladığı gecə, bu gün Günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda müstəqillik, azadlıq uğrunda şəhid olan can qardaşlarımızın xatirəsini hörmət və ehtitamla anırıq. Ruhları şad, məkanları cənnət olsun. Onları unutmayacağıq”, - səfir bildirib.