Paşinyan: “Türkiyə ilə danışıqlara şəxsən özüm cavabdehəm”

  • 23:15 - 19 Yanvar

Ermənistanın baş naziri Nikol Paşinyan vitse-spiker Ruben Rubinyanı Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin etmək barədə şəxsən qərar verdiyini və onun əməllərinə görə özü tam məsuliyyət daşıdığını bildirib. Bu barədə Ermənistan mətbuatı yazır.

Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib: "Mən Ruben Rubinyana bu statusun verilməsi haqda qərarı siyasi məqsədəuyğunluq əsasında qəbul etmişəm"...

Paşinyan qeyd edib ki, danışıqlarda nümayəndə statusunda kim olsa, prosesə görə tam məsuliyyəti şəxsən özü daşıyır.

"Rubinyana bu səlahiyyətləri verdim, çünki onun əməllərinə görə tam məsuliyyət daşımalıyam. Bunu ona görə etdim ki, birdən-birə bu statusu partiyanın gizli bir üzvünə verməyim, o, dövlətə hesabat vermək əvəzinə, gəlib məsələn, digər ölkələrin təsir agentlərinə xəbər verər. Mən məsuliyyət daşıyıram, səlahiyyətləri vermişəm, məsuliyyətini də sona qədər daşıyıram”, - Paşinyan deyib.

Qeyd edək ki, yanvarın 17-də Ermənistan parlamentinin iclasında Rubinyan “Türkiyə təsirinin agenti” olmaqda ittiham edilib.

virtualaz.org


Oxunma sayı: 3114

Oxşar yazılar