Rusiya ABŞ-ı Ukraynaya hərbi dəstəyi dayandırmağa çağırdı

  • 21:06 - 19 Yanvar

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ı Ukraynaya hərbi dəstəyi dayandırmağa çağırıb. 

Avropa.info xəbər verir ki, müvafiq müraciəti Rusiya nazirinin müavini “Valday” Diskussiya Klubunda səsləndirib. 

“Biz Ukrayna rejimini silah təchizatı, təlimatçı yardımı, hərbi bazaların tikintisi, təlim tədbirlərinin keçirilməsi və s. üçün planların işlənib hazırlanması və həyata keçirilməsi ilə qidalandırmağı dayandırmağın vacibliyini vurğulayırıq ki, bu da  birbaşa təhlükə yaradır”, – Ryabkov bildirib. 

Onun sözlərinə görə, Avropanın təhlükəsizliyi sahəsində vəziyyət həqiqətən də kritikdir. “Bu, Vaşinqton və NATO-nun günahı ucbatından belə olub, onlar başqa şeylərlə yanaşı, Ukraynadan Rusiyaya təzyiq rıçaqı kimi istifadə edirlər”, - nazir müavini vurğulayıb. 

Diplomat eyni zamanda qeyd edib ki, Moskva Ukraynanın təhlükəsizliyini təhdid edəcək heç bir addım atmayacaq. 

“Biz yalnız öz ərazimizdə təlimlər keçiririk, qoşunların müntəzəm hərəkətini həyata keçiririk. Biz bunu gələcəkdə də davam etdirəcəyik”, - Ryabkov bildirib. 

Diplomat izah edib ki, Rusiyanın Ukraynaya “hücum etmək” planı və ya niyyəti yoxdur və buna görə də eskalasiya ssenarisindən qorxmağa heç bir əsas yoxdur. 

Bundan əlavə, Ryabkov ABŞ-ın Ukraynanı Minsk razılaşmalarına əməl etməyə “məcbur etməsinin” zəruriliyini bəyan edib.


Oxunma sayı: 3510

Oxşar yazılar